May 24, 2017 18:17 Asia/Baku
  • Alman rəsminin Türkiyəyə səfəri ləğv olunub

Ankara və Berlin arasında gərginliyin artması ardınca, Almaniya parlamentinin sədr müavini və onun rəhbərlik etdiyi heyətin Türkiyəyə səfəri ləğv olunub.

Almaniyanın Taqs Şpigel qəzeti yazıb: Almaniya parlament sədrinin müavini Kladuia Rot Türkiyə konstitusiyası üzrə referendumun nəticələri elan olunduqdan sonra cümə axşamı günü bu ölkəyə səfər etməli və hökumətə müxalif qruplarla danışıqlar aparmalı və Türkiyənin şərqində Diyarbəkirdə kürdlərin obyektinə baş çəkməli idi.

Berlin-Ankara arasında əlaqələr, Türkiyədə bir neçə alman jurnalistin həbs olunması, çoxlu sayda türk hərbçinin Almaniyada sığınacaq müraciətinə razılığın verilməsi və Almaniya parlament deputatlarının İncirlik hava bazasına baxış keçirməsinə Ankaranın "yox" deməsi ilə daha da kəskinləşib.

Teqlər