May 25, 2017 21:00 Asia/Baku
  • Mərakeşi aksiya iştirakçılarının tələbi
    Mərakeşi aksiya iştirakçılarının tələbi

Mərakeşli aksiya iştirakçıları bildiriblər ki, etiraz aksiyasını sadəcə Mərakeş hökumətinin ölkənin şimal məntəqələrinin inkişafına zəmanət verəcəyi təqdirdə dayandıracaqlar.

Əl-Yəum Əl-Sabe informasiya portalının verdiyi məlumata görə, Mərakeşin şimalında etiraz aksiyasına başlamış kütlənin sözçüsü Nasir Zəfzafi bildirib ki, ölkə rəhbərliyi 60 ildir ki, şimal məntəqələrin inkişafı və əhalinin məişətinin yaxşılaşdırılması ilə bağlı vədlər verirlər. Amma, xalq artıq bu vədlərə inanmır və ölkə rəhbərliyinə də bel bağlamır. Buna görə də, hökumətdən zəmanət tələb edirlər. 

Nasir Zəfzafi əlavə edib: Mərakeş hökuməti bir tərəfdən ölkənin şimal sakinlərini separatçılıqda ittiham edir, digər tərəfdən isə onlarla müzakirə masası arxasında bir araya gəlir. 

Narazı kütlənin sözçüsü bildirib ki, Mərakeş hökumətinin nümayəndə heyəti bazar ertəsi günü ölkənin şimalında yerləşən Həsimə şəhərində olaraq, sadəcə inkişaf vəd edib.

Mərakeşin şimal sakinləri 6 aydır ki, etiraz aksiyalarına başlayıblar. Xalqın əsas tələbi isə ölkənin şimal məntəqələrinin inkişaf etdirilməsi və xalqın problemlərinin həll edilməsidir. 

Teqlər