İtaliyada 7-lər qrupunun sammiti başlanıb
May 26, 2017 20:57 Asia/Baku
-
İtaliyada 7-lər qrupunun sammiti başlanıb
7-lər qrupunun sammiti güclü təhlükəsizlik tədbirləri altında İtaliyanın cənubunda keçirilib.
İtaliya, Yaponiya, ABŞ, Kanada, Almaniya, Fransa və İngiltərənin dövlət başçıları və Avropa Birliyinin nümayəndələri bu gün 7-lər qrupu adlandırılan dünyanın inkişaf etmiş ölkələrinin 43-cü sammitində iştirak ediblər. İclas İtaliyanın Siciliya adasının Taormina şəhərində keçirilibdir.