May 27, 2017 09:12 Asia/Baku
  • Rex Tillerson ABŞ Dövlət Departamentində Ramazan ayı mərasiminin keçirilməsinə icazə vermədi
    Rex Tillerson ABŞ Dövlət Departamentində Ramazan ayı mərasiminin keçirilməsinə icazə vermədi

ABŞ dövlət katibi rəhbərlik etdiyi ABŞ Dövlət Departamentində Ramazan ayı mərasiminin keçirilməsinə icazə verməyib.

İRNA-nın verdiyi məlumata görə, 1999-cu ildən bəri bir neçə hal istinsa olmaqla, hər ilə Ramazan ayı münasibəti ilə ABŞ Dövlət Departamentində adi günlərdə bir iftar süfrəsi təşkil edilər və ya Fitr bayramı qeyd edilərdi. Amma, Reks Tillerson bu ənənəni pozaraq, Dövlət Departamentinin Dini Məsələlər İdarəsinin Fitr bayramının qeyd edilməsi ilə bağlı istəyinə qarşı çıxıb. 

Tillerson bu təklifin rədd edilməsini əsaslandırmaq üçün Dövlət Departamentinin bu il Ramazan ayına özəl hansısa proqram nəzərdə tutmadığını deyib. 

Adətən ABŞ Dövlət Departamentində təşkil edilən Ramazan proqramında konqresmenlər, müsəlman cəmiyyətləri başçıları, Amerikada olan İslam ölkələri diplomatları və bu ölkənin yüksək səviyyəli rəsmiləri itirak edirlər. 

Teqlər