Miqrant daşıyan gəmilərin İtaliya sahillərinə yan alması qadağan edildi
May 27, 2017 10:00 Asia/Baku
G-7 sammiti ilə bir vaxtda mühacir daşıyan gəmilərin İtaliya sahillərinə yan alması qadağan edilib.
Fransa xəbər agentliyinin Romadan verdiyi məlumata görə, son günlər Aralıq dənizində xilas edilən təqribən 6400 mühacir İtaliya sahillərinə köçürülüb.
Sərhədsiz Həkimlər Təşkilatının tabeliyində olan La-Brodans gəmisi də hazırda 1400 mühacir ilə İtaliyanın Neapol limanına doğru hərəkət edir.
BMT-nin mühacirlər üzrə ali komissarlığının sözçüsü Karlona Sami Aralıq dənizində mühacirlərlə bağlı mövcud hazırkı vəziyyətdən nigaranlıq edərək, bir insan faciəsi barədə xəbərdarlıq edib.
Liviyada böhran və gərginliyin davam etməsi minlərlə nəfərin bu ölkə yolu ilə Aralıq dənizindən keçərək, Avropaya qaçmağa cəhd göstərməsinə səbəb olub.