Rusiya Xarici İşlər Nazirliyi: NATO müharibə təhlükəsini daha da artırıb
Rusiya Xarici İşlər Nazirliyi Şimali Atlantika Alyansı NATO-nun Rusiyanı cilovlamaq istiqamətindəki hərəkətləri ilə praktiki olaraq qarşıdurma və müharibə təhlükəsini daha da artırdığını bildirib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib: NATO Rusiyanı cilovlamaq siyasəti çərçivəsində Şərqi Avropada öz qüvvələrinin sayını artırır. Bu isə regionda birbaşa hərbi toqquşma ehtimalını xeyli artırıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir: Rusiya - NATO əlaqələri soyuq müharibə dövrünün başa çatmasından bəri ən aşağı səviyyəyə qədər azalıb.
NATO Rusiyanı önləmək məqsədi ilə Polşa və Pribaltika ölkələrinə xeyli miqdarda qüvvə və texnika yerləşdirib.
NATO başçılarının son iclası Britaniyada törədilən son terror aktının ardınca 26 mayda Brüsseldə ciddi təhlükəsizlik tədbirləri ilə yanaşı olub.