May 27, 2017 12:17 Asia/Baku
  • Misir hökuməti terrorçu qruplaşmalarla mübarizə aparır
    Misir hökuməti terrorçu qruplaşmalarla mübarizə aparır

Misir prezidenti bu ölkə hökumətinin terrorçu qruplaşmalara qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Misir prezidenti Əbdülfəttah Əssisi şənbə günü Misirdə qibtilərə qarşı törədilən terror aktlarına reaksiya olaraq deyib: Misir terrorçuların ölkə daxili və ölkə xaricindəki bazalarına hücumların edilməsində qətiyyətlidir. 

Misir prezidenti dünən ölkəsində törədilən terror aktlarına görə İŞİD-in məsuliyyət daşıdığını deyərək, Misir ordusu hava qüvvələrinin terrorçuların sığınacaqları və bazalarına qarşı hücumlarından xəbər verib. 

Cümə günü Qahirənin bir neçə kilometrliyində qibti xristiyanlarını daşıyan avtobusa edilən hücumda 26 nəfər ölüb, onlarla nəfər də yaralanıb. 

İŞİD terror qruplaşması daha öncə də Misirdə qibtilərin kilsəsinə hücum edərək, onları təhdid etmişdi. 

Teqlər