Avropa Şurasının sədri Rusiya əleyhinə sanksiyalara davam dedi
Avropa Şurasının sədri Rusiya əleyhinə sanksiyaların müddətinin uzadılması ilə yanaşı, əlavə sanksiyaların tətbiq edilməsini də istəyib.
Avronyus-un verdiyi məlumata görə, Donald Tusk İtaliyanın Sİciliya adasında keçirilən 2 günlük G-7 sammiti ilə bir vaxtda G-7 qrupuna üzv ölkələrdən Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etmələrini istəyib.
2014-cü ildə baş qaldıran Ukrayna böhranı və Krım Yarımadasının Rusiyaya birləşdirilməsinin ardınca Rusiya əleyhinə sanksiyalar tətbiq edilib.
Bu məlumata görə, Rusiya əleyhinə sanksiyalar və Ukrayna böhranı bu gün G-7 qrupunun sammit iclasında müzakirəyə çıxarılmalıdır.
Dünyanın 7 iri sənaye ölkəsi olan Amerika, İtaliya, Kanada, Fransa, Almaniya, Britaniya və Yaponiyadan təşkil olunmuş G-7 qrupuna üzv ölkələrin başçıları cümə günü İtaliyanın Siciliya adasında bir araya gəliblər. G-7 qrupuna üzv ölkə başçılarının sammit iclasının gündəmində duran əsas məsələlər iqlim dəyişikliyi, miqrasiya, azad ticarət, təhlükəsizlik və terrorizmdir.