Putin Suriya böhranının həlli üzrə səylərin koordinasiyası vacibliyini vurğulayıb
Rusiya prezidenti Fransa prezidenti ilə birgə mətbuat konfransında terrorizmlə mübarizə üzrə səylərin koordinasiyası vacibliyini vurğulayıb.
Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Parisə səfər etmiş Rusiya prezidenti Vladimir Putin dünən Fransa prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında deyib: Bizim Suriya böhranı qarşısındakı mövqeyimiz aydındır və o da bundan ibarətdir ki, yalnız bütün səyləri birləşdirməklə terrorizm təhlükəsilə mübarizə aparmaq mümkündür.
Putin vurğulayıb: Səylərin birləşdiriləcəyi təqdirdə, Suriya böhranının həllinə zəmin yaratmaq olar.
Fransa prezidenti də Suriyada sülhün bərqərarının önəmini vurğulayaraq, Suriya böhranı üçün siyasi həll yolunun tapılmasından ötrü Paris-Moskva əməkdaşlığının gücləndirilməsini istəyib.
Rusiya prezidenti Fransanın yeni prezidentinin dəvətilə dünən bu ölkəyə səfər edib və Parisdəki Versal sarayında onun tərəfindən rəsmən qarşılanıbdır.
Ukrayna böhranı, Suriya böhranı və beynəlxalq terrorizm Putin-Makron müzakirələrinin istiqamətlərindən elan olunubdur.