Amerika raket müdafiə sistemini sınaqdan keçirib
İyun 01, 2017 14:10 Asia/Baku
Amerikanın Müdafiə Nazirliyi bu ölkənin yeni raket müdafiə sisteminin Sakit okeanda sınaqdan keçirilməsindən xəbər verib.
Nyu-York timse qəzetinin yazdığına görə, Amerikanın Müdafiə Nazirliyi dünən bildirib ki, Amerikanın yenidən layihələşdirilmiş bir ədəd izləyici raketi Sakit okean səmasında bir ədəd uzaq mənzilli raket oxşarını hədəfə alaraq onu məhv edib.
Bu Amerikanın Şimali Koreanın ehtimali raket hücumuna qarşı müdafiə sisteminin ilk sınaq əməliyyatıdır.
ABŞ müdafiə naziri bu sınaq barədə daha ətraflı məlumat verməyib.