Çindən C.Koreyaya etiraz notası
-
Çindən C.Koreyaya etiraz notası
Çin xarici işlər nazirliyi amerikan "Tad" raket sisteminin yerləşdirilməsi barədə etiraz notasını Cənubi Koreyanın xarici işlər nazirliyinə təqdim edib.
IRNA-nın məlumatına görə, Çin xarici işlər nazirliyindən Cənubi Koreyanın xarici işlər nazirliyinə ünvanlanmış etiraz notası barədə təfərrüat verilməyibdir.
Amma Çin xarici işlər nazirliyi bundan öncə ABŞ-dan və Cənubi Koreyadan istəmişdi ki, tez bir zamanda "Tad" raket sistemini bu ölkədən yığışdırsın.
Belə bir halda, Cənubi Koreyanın prezidenti Mun Çje İn son zamanlar altı amerikan "Tad" raket sisteminin öncədən məlumat verilmədən bu ölkəyə daxil olması məsələsinə baxılmasını istəmişdi.
Ondan sonra Cənubi Koreyanın müdafiə nazirliyinin başçıları istintaq edildilər və bu ölkənin müdafiə naziri Han Minqu bildirdi ki, bu nazirlik bilərəkdən əlaqədar məlumatları yaymayıb.
"Tad" raket sisteminin yerləşdirilməsi gedişində elan olunmuşdu ki, iki ədəd raket bölməsi Cənubi Koreyaya daxil olub, halbuki bu sistemlərdən altısı ölkəyə daxil olubdur.
ABŞ və Cənubi Koreya Şimali Koreyanın ballistik raketlərinin xətərlərini bu sistemin Seul şəhərinin 300 kilometrliyində yerləşən Sondcu məntəqəsində yerləşdirilməsinin əsas dəlillərindən biri kimi əsaslandırırlar.
"Tad" raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi Çindən əlavə, Rusiya daxil olmaqla bəzi digər ölkələrin də müxalifətilə üzləşibdir. Bu ölkələr "Tad" raket sisteminin Cənubi Koreyada yerləşdirilməsini regionun stabilliyi üçün bir təhdid hesab edirlər.