İyun 04, 2017 13:05 Asia/Baku
  • Turində terrakt şayiəsi 600 nəfəri yaraladı

İtaliyanın Turin şəhərinin əsas meydanlarından birində Yuventus futbol klubunun azarkeşləri arasında bomba partlayışı şayiəsi 600 nəfərin yaralanması ilə nəticələnib.

İRNA-nın məlumatına görə, Partlayışın baş verməsinə dair qəfil şayiənin yayılması Turin şəhərinin San Karlo Pizza meydanına toplaşan Yuventus azarkeşləri qorxuya salıb. Bu şayiənin yayılması ilə qorxuya düşən azarkeşlər dərhal meydandan qaçmağa başlayıblar. İzdiham nəticəsində isə 600 nəfər yaralanıb.

Məlumata görə, pirotexniki vasitənin partladılması və ya atəş açılması azarkeşlərin səhvən partlayış hesab etməsinə səbəb olub.

Hələlik İtaliya polisi və ya hökuməti tərəfindn bu hadisə haqda rəsmi məlumat verilməyib.

Futbol üzrə Avropa Çempionlar Liqasının final görüşü şənbə gecə Uelsin Kardiff şəhərində Millenium stadionunda İspaniya və İtaliya təmsilçiləri arasında baş tutub. Matçın qalibi İspaniya təmsilçisi Real Madrid olub.

İndiyədək sadəcə iki dəfə Çempionlar Liqası tituluna yiyələnmiş Yuventus isə yenə də finalda uduzub və çempionluq həsrətinin müddətini 21 ilə çatdırıb.

Teqlər