İyun 05, 2017 10:38 Asia/Baku
  • İŞİD nə üçün Filippinə göz dikib?
    İŞİD nə üçün Filippinə göz dikib?

İŞİD terror qruplaşması Suriya və İraqda məğlub olduqdan sonra Filippinin cənub şəhərlərində nüfuza üz tutub.

İŞİD terror qruplaşması öz məkrli planlarının icrası və terrorizmin genişləndirilməsi istiqamətində müxtəlif ölkələrdə nüfuz etmək üçün zəif nöqtələr və boşluqlar yaratmaq ardınca gəzir. Belə ki, İraq və Suriyadakı məğlubiyyətlərinin əvəzini azacıq çıxsın. Buna görə, Filippinə doğru üz tutub. Maravi şəhərinə hücum etdikdən sonra, şəhəri işğal edib. Bu şəhərə hücum edən terrorçular Səudiyyə Ərəbistanı, Pakistan, Çeçenistan, Türkiyə, Mərakeş, İndoneziya və Malayziya vətəndaşlarıdır və şəhərin bəzi yerli sakinləri də onlarla əməkdaşlıq edir. 

Asiya bölgələri bir çox terror aktının şahididir. Lakin Filippində baş verənlər daha təhlükəlidir. Çünki terrorçular Maravi şəhərini tam şəkildə işğal ediblər və onlarla Filippin təhlükəsizlik qüvvələri arasında qarşıdurma bir həftədən çoxdur ki, davam edir. İŞİD terror qruplaşması Filippinin cənubunda Mindanao adasını tam şəkildə işğal etmək niyyətindədir. Bu adanın ərazisi Cənubi Koreyanın ərazisi qədərdir və 21 milyon müsəlman bu adada yaşayır. Bu müsəlmanların məzhəbi şafeidir. Bu bölgə son zaman kəsiyində siyasi ixtilaf və hərc-mərcliyə görə, İŞİD terror qruplaşmasının fəaliyyətinin şahididir. Çünki bu ada Filippindən ayrılmaq istəyir. Halbuki Filippinin 90%-ni xristianlar təşkil edir. Bu bölgədə həmçinin Moro Milli Azadlıq Təşkilatına bağlı müxalif və silahlı qruplar, Moro Azadlıq İslam Cəbhəsi və Əbu Səyyaf qrupu vardır və hökumətlə savaşdadırlar. Əbu Səyyaf qrupu hazırda İŞİD terror qruplaşmasına biət edib. 

Terrorizm məsələləri üzrə ekspertlərin qənaətinə görə, İŞİD terror qruplaşması öz "xəlifəliyini" Filippinin cənubuna nəql etmək istəyir. Əlbəttə Somali və Liviyanın şimalı kimi başqa seçimləri də vardır. Lakin bu ölkələrdə dövlət qüvvələri ilə toqquşduğuna görə, hal-hazırda Filippinə üstünlük verir. 

Teqlər