İyun 06, 2017 12:28 Asia/Baku
  • İrana qarşı növbəti sanksiyalar barədə xəbərdarlıq
    İrana qarşı növbəti sanksiyalar barədə xəbərdarlıq

Amerikanın keçmiş dövlət katibi İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri  dünən San-Fransiskoda deyib: İrana qarşı yeni sanksiyalar iranlılara 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasının faydasız olması mesajını  vermiş olacaq. 

Amerika senatının xarici əlaqələr komitəsi ötən ay 18 lehinə və 3 əleyhinə səslə ABŞ prezidentinə İrana qarşı yeni sanksiyalar tətbiq etmək icazəsi verən layihəni qəbul etdi. 

ABŞ-ın keçmiş dövlət katibi eyni zamanda Trampın onun hökumətinə qarşı tənqidləri dinləyəcəyinə ümidvar olduğunu bildirib. 

Amerikanın İrana qarşı "İranın stabilliyi pozan fəaliyyətləri" adlı yeni sanksiyalar layihəsi sabah ABŞ senatının açıq iclasında müzakirəyə veriləcək. 

İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin tərəfdarları, bu layihənin İranla nüvə razılaşmasının icrasına heç bir xələl gətirməyəcəyini desələr də bəzi təhlilçilər onun nüvə razılaşmasının pozulmasına zəmin yaradacağını bildirir, bu layihənin qəbul edilməsinin mənfi nəticələri barədə xəbərdarlıq edirlər. 

Teqlər