İŞİD Avstraliyada terrorun məsuliyyətini öz üzərinə götürüb
https://azeri.sahartv.ir/news/dünya-i271956-İŞİd_avstraliyada_terrorun_məsuliyyətini_öz_üzərinə_götürüb
Avstraliya polisi bildirib ki, terrorçu İŞİD qrupu Melborn şəhərində ölümcül atışma və girov götürmənin məsuliyyətini öz üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2017 08:51 Asia/Baku
  • İŞİD Avstraliyada terrorun məsuliyyətini öz üzərinə götürüb
    İŞİD Avstraliyada terrorun məsuliyyətini öz üzərinə götürüb

Avstraliya polisi bildirib ki, terrorçu İŞİD qrupu Melborn şəhərində ölümcül atışma və girov götürmənin məsuliyyətini öz üzərinə götürüb.

İRNA-nın verdiyi məlumata görə, Avstraliyanın Viktoriya vilayətinin polis rəisi Qraham Eşton bu gün deyib: Somali təvəllüdlü, Melborn sakini olan bir kişi dünən bu şəhərdə bir kişini qətlə yetirdikdən və bir qadını girov götürdükdən sonra polis ilə toqquşmada öldürülüb.

Avstraliyada terror əməliyyatında 3 polis də yaralanıb amma girov götülülmüş qadın xilas edilib. Qraham Eşton deyib: Hadisə barədə araşdırmalar davam edir.