Tramp London hadisəsindən siyasi faydalanır
https://azeri.sahartv.ir/news/dünya-i271960-tramp_london_hadisəsindən_siyasi_faydalanır
Nyu-York Taymz qəzeti yazıb: Amerika prezidenti Londonda baş verən son terror aktından öz siyasətləri istiqamətində faydalandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2017 10:39 Asia/Baku
  • Tramp London hadisəsindən siyasi faydalanır
    Tramp London hadisəsindən siyasi faydalanır

Nyu-York Taymz qəzeti yazıb: Amerika prezidenti Londonda baş verən son terror aktından öz siyasətləri istiqamətində faydalandı.

Qəzetin yazdığına görə ABŞ prezidenti Donald Tramp Londondakı son terror hadisəsinə münasibətdə ABŞ məhkəmələrinin miqrantların ABŞ-a girişinə qadağa qoyan fərmanına dəstək vermələrini istəyib və deyib: Bu Amerikada təhlükəsizliyin artırılması istiqamətindədir. 

Şənbə Londonda 2 terror aktında bir neçə şəxs avtomobil və biçaqla piyadalara hücum ediblər. Hadisədə 7 nəfər ölüb və onlarla adam yaralanıb. 

Nyu-York Tayms qəzeti yazır: ABŞ prezidenti bir neçə müsəlman ölkənin vətəndaşlarının ABŞ-da girişinə qadağa qoyulmasının bu ölkədə təhlükəsizliyin artmasına heç cür kömək etməyəcəyini əksinə Amerika və qərb ölkələrinə qarşı terrorizm təhlükəsinin daha da güclənəcəyini yaxşı bilirlər. 

Amerika orta şərqə o sıradan Suriya, İraq və Əfqanıstana hərbi müdaxilə ilə terrorçu qrupların yaranması və genişlənməsinə şərait yaratmışdır.