İyun 06, 2017 17:16 Asia/Baku
  • ABŞ-ın sualtı gəmisi C.Korea sahillərində
    ABŞ-ın sualtı gəmisi C.Korea sahillərində

Amerikanın atom sualtı qayığı Yaponiya qüvvələri ilə müştərək hərbi təlimlərdən sonra Cənubi Koreanın Busan limanında lövbər salıb.

RT-nin verdiyi məlumata görə, "USS Cheyenne " atom sualtı qayığı 110 metr uzunluğa  malikdir və 3 min kilometr məsafəni raketlə hədəfə ala bilir. 

Ş.Korea ayrı-ayrı raket sınaqlarndan sonra BMT-nin növbəti sanksiyalarına məruz qalıb . Ş.Korea özünün son nüvə sınaqlarının səbəbinin Amerikanın Pxenyana qarşı öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması və Vaşinqtonun Korea yarımadasında böhran yaratmaq cəhdləri olduğunu bildirir. 

Teqlər