Notr-Dam kilsəsində insident
https://azeri.sahartv.ir/news/dünya-i272102-notr_dam_kilsəsində_insident
Fransa paytaxtı Paris şəhərində Notr-Dam kilsəsi qarşısında qorxu və dəhşət yaradan şəxs polisin atəş açması nəticəsində yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2017 04:43 Asia/Baku
  • Notr-Dam kilsəsində insident
    Notr-Dam kilsəsində insident

Fransa paytaxtı Paris şəhərində Notr-Dam kilsəsi qarşısında qorxu və dəhşət yaradan şəxs polisin atəş açması nəticəsində yaralanıb.

France 24 televiziyasının məlumatına görə, bu hadisə hücum edən şəxsin vətəndaşlar arasında qorxu və dəhşət yaratmağa çalışdığı zaman baş verib. 

Paris polisi məsələyə müdaxilə edib və polis əməkdaşı ona atəş açıb. 

Bu hadisədə çəkiclə polisə hücum edən şəxs yaralanıb. 

Bir polis zabiti də xəsarətlər alıb. 

Hələlik hücum edən şəxsin kimliyi müəyyənləşməyib. 

Paris Prokurorluğunun anti-terrorizm departamenti Notr-Dam kilsəsi önündə insident haqda xüsusi araşdırmaya başlayıb.