BMT-nin baş katibi: Tehran terror aktı amilləri cəzalandırılmalıdırlar
İyun 08, 2017 11:58 Asia/Baku
BMT-nin baş katibi bir bəyanat yayaraq, çərşənbə günü Tehranda Parlament binası və İmam Xomeyni(r.ə)-in məqbərəsinə edilən hücumları kəskin formada qınayıb.
İRNA-nın məlumatına görə, Antonio Quterriş çərşənbə günü bir bəyanatda İran İslam Respublikası və terror aktı qurbanlarının ailələrinə başsağlığı verib və deyib: Heç bir vəchlə əsaslandırılması mümkün olmayan bu zorakılıq faktını törədənlər öz əməllərinin cəzasını çəkməlidirlər.
Bu bəyanatda həmçinin deyilir: Bütün ölkələr terrorizm ilə mübarizədə bir biri ilə əməkdaşlıq etməli və dünya xalqlarını birləşdirən dünyəvi dəyərləri qorumalıdır.