Ağ Ev Komiyə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i272456-ağ_ev_komiyə_reaksiya_verib
ABŞ-ın o vaxtkı prezidenti Niksonun işini çətin vəziyyətə salan Vater Geytdən yarım əsr sonra, indi bəzilərinin fikrincə, növbəti Vater Geyt qarşıdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 01:58 Asia/Baku
  • Ağ Ev Komiyə reaksiya verib
    Ağ Ev Komiyə reaksiya verib

ABŞ-ın o vaxtkı prezidenti Niksonun işini çətin vəziyyətə salan Vater Geytdən yarım əsr sonra, indi bəzilərinin fikrincə, növbəti Vater Geyt qarşıdadır.

FTB-nin kənarlaşdırılmış şefi şahidlik etdi ki, Tramp ondan Rusiyanın seçkilərdəki müdaxiləsi, həmçinin sabiq müşaviri Flinn onlarla əlaqəsi haqda təhqiqatı unutması və işi bağlamasını istəyib.

O Trampı yalançı adlandırdı. Və ondan ABŞ prezidentinin Rusiya ilə saxtakarlığa yol verməsi haqda soruşulduğu zaman dedi: Mən açıq və medianın olduğu iclasda cavab verə bilmərəm. Bunu gizli iclasda deyəcəm. Bu təhqiqatın detalları haqdadır.

Dərhal Ağ Evin sözçüsü Sarak Hakbi FTB-nin sabiq şefinin açıqlamasını rədd etdi.

ABŞ-ın Milli Təhlükəsizlik Araşdırmalar Mərkəzinin sabiq rəhbəri Lavrens Korb növbəti Vater Geytin olub-olmayacağını sualına belə cavab verdi: Trampın prezidentliyinin gələcəyi haqda hər iki partiya arasında çoxlu nigaranlıqlar vardır.

Gələn günlər Trampın komandasının üzərində çoxlu əlavə təhqiqatlar günləridir. ABŞ prezidentinin kürəkəni də zərrəbin altındadır.

Trampın tənqidçiləri indi yaxşı bir sujet tapıblar və bu tezlikdə ondan əl çəkəcəkləri mümkünsüzdür.