ABŞ prezidenti Kuba qarşısında öz siyasətlərini tətbiq etmək istəyir
Kütləvi İnformasiya Vasitələri bildiriblər ki, ABŞ prezidenti Kuba qarşısında öz siyasətlərini tezliklə bəyan etmək niyyətindədir.
BBC xəbər televiziyasının internet portalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu ölkə hökumətinin Kuba ilə əlaqələri haqda yeni siyasətlərini gələn cümə gününə qədər elan edəcək.
Bildirilir ki, bu siyasətlər əsaslı dəyişikliklər, xüsusilə də iqtisadiyyat və miqrasiya sahəsində dəyişikliklərə şamil olacaq.
Bu arada ABŞ Konqresinin bir qrup Respublikaçı konqresmeni cümə günü bir məktub ünvanlayaraq Trampdan Kuba ilə iqtisadi və diplomatik əlaqələrin normallaşdırılması üzrə sabiq hökumətin yolunu davam etdirməsini istəyib.
ABŞ prezidenti Barak Obama və Kuba prezidenti Raul Kastro təxminən 60 il düşmənçilikdən sonra 2014-cü ilin dekabr ayında Vaşinqtonla Havana arasında diplomatik əlaqələrin normallaşdırılması üzrə razılaşıblar.
Vaşinqtonun Havana ilə əlaqələrinin normallaşması ardınca, səfər məhdudiyyətləri ləğv olunduqdan sonra ildə çoxlu sayda ABŞ vətəndaşı Kubaya səfər edir və amerikalı iş adamları da bu ölkədə investisiya yatırmağa başlayıblar.
ABŞ-da Kuba ilə əlaqələrin qorunması tərəfdarlarının sözlərinə görə, Trampın bu sahədəki siyasətləri ABŞ-ın iqtisadiyyatına bir neçə milyard dollar xəsarət vuracaq.