İyun 10, 2017 19:18 Asia/Baku
  • Venesuela Merkelin mövqeyini tənqid etdi
    Venesuela Merkelin mövqeyini tənqid etdi

Venesuela xarici işlər naziri bu ölkədə müxalifətin siyasi proseduradan kənarlaşdırılması üçün Karakasın çalışmasına dair Almaniya kanslerinin açıqlamasını tənqid edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Venesuela xarici işlər naziri Delcy Rodrigez cümə günü Berlini Venesuela hökuməti müxalifəti tərəfindən yaranan de-stabilliyi dəstəkləməkdə suçlayıb və Almaniya kansleri Angella Merkelin müxalifətin Venesuela siyasi prosedurasından kənarlaşdırılmasına dair sözlərini bu ölkənin daxili məsələlərinə müdaxilə adlandırıb. 

Merkel Argentinaya səfərində Venesuela hökumətini müxalifəti bu ölkənin siyasi prosedurasından kənarlaşdırmaqda suçlayıb. 

Merkel bundan öncə də Amerika qitəsi ölkəlkərindən Karakasa təzyiq göstərmələrini istəmişdi. 

Rodrigez Twitter səhifəsində Venesueladakı müxalif qrupları demokratiyanın icrası tələbləri yerinə sərtlik, dağıntı, cinayət törətməyi seçməkdə suçlayıb. 

Venesuela ötən bir neçə ayda ABŞ-ın dəstəklədiyi hökumətə qarşı olan müxaliflərin iğtişaşlarının şahidi olmuşdur. 

Venesuela hökuməti ABŞ və Vaşinqtondan asılı sağçı partiyaları bu iğtişaşların səbəbkarı hesab edir. 

Teqlər