Qabriyel: Qətər böhranı müharibə ilə nəticələnə bilər
Almaniya xarici işlər naziri Ziqmar Qabriyel şənbə günü deyib: Qətər və bəzi ərəb ölkələri arasındakı ixtilaf müharibəyə səbəb ola bilər. Amma, yaranmış gərginliyi azaltmaq üçün hələ də fürsət var.
Röyters-in verdiyi məlumata görə, Almaniya xarici işlər naziri cari həftə ərzində Ərəbistan, Qətər və Türkiyə xarici işlər nazirləri ilə olan görüşlərinin habelə, İran və Küveyt xarici işlər nazirləri ilə telefon əlaqələri saxlamasının yaranmış vəziyyətlə bağlı nigaranlığının göstəricisi olduğunu bildirib.
Qabriyel gərginliyi azaltmaq üçün hələ də fürsətin olduğunu deyərək, regionda vəziyyətin xeyli böhranlı olduğunu bildirib.
Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir cümə axşamı birgə bəyanat yayaraq, 59 şəxs və 12 müəssisəni terrorizmi himayədə ittiham edərək, adlarını müştərək qara siyahıya daxil ediblər. Ərəbistan və müttəfiqləri Qətəri Fars Körfəzi Əməkdaşlıq Şurasında qəbul edilən anlaşmalara əməl etməməkdə ittiham edirlər.