Almaniya təyyarəsi məcburi eniş etdi, 3 şübhəli saxlanıldı
https://azeri.sahartv.ir/news/dünya-i272598-almaniya_təyyarəsi_məcburi_eniş_etdi_3_şübhəli_saxlanıldı
Almaniyada bir sərnişin təyyarəsinin məcburi eniş etməsinin ardınca 3 şübhəli həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 09:04 Asia/Baku
  • Almaniya təyyarəsi məcburi eniş etdi, 3 şübhəli saxlanıldı
    Almaniya təyyarəsi məcburi eniş etdi, 3 şübhəli saxlanıldı

Almaniyada bir sərnişin təyyarəsinin məcburi eniş etməsinin ardınca 3 şübhəli həbs edilib.

Röyters-in verdiyi məlumata görə, Sloveniyadan London istiqamətdə hərəkət edən bir sərnişin təyyarəsi şənbə günü axşam saatlarında Almaniyanın Köln hava limanında məcburi eniş edib. 151 sərnişini olan təyyarənin boşaldılmasının ardınca terrorçuluqda şübhəli bilinən 3 nəfər Almaniya polisi tərəfindən saxlanılıb. 

Almaniya polisi həmçinin, bu 3 şübhəli şəxsdən birinə məxsus olan kürək çantasını təyyarədən aralıda partladaraq, zərərsizləşdirib. Amma, çantanın içində olanlar haqda məlumat verilmir.