Makronun partiyası öndə
-
Emmanuel Makron
Fransa prezidentinin "İrəli, Respublika" partiyası bu ölkə parlament seçkilərinin ilk turunda deputat mandatlığının əksəriyyətini qazanıb.
İRİB-in məlumatına görə, həmçinin Fransa parlamentinin ilk turunun ilkin nəticələrinə əsasən, prezident Emmanuel Makronun "İrəli, Respublika" partiyası 32,6% səslə ilk yeri tutub. Bu isə 390-445 mandatlığın əldə olunması mənasındadır.
Ənənəvi sağçı partiyalara şamil olan Respublikaçılar koalisiyası 21,5% və radikal sağçı Milli Cəbhə partiyası 14% səslə ikinci və üçüncü yeri tutub.
Fransanın Sosialist partiyasına şamil olan solçu partiyalar səslərin yalnız 10,2%-ni əldə edib.
Fransa Milli Məclisi seçkilərinin ilk turunda seçici aktivliyi təxminən 49% olub. Bu da bu ölkə vətəndaşlarının seçkilərdə iştirak etməməsi baxımından yeni "rekord"u qeydə alıb.
Fransanın müxtəlif partiyalarının liderləri bazar günü parlament seçkilərinin ilk turunda seçici aktivliyinin aşağı olduğunu tənqid edərək vətəndaşların ehtimal üzrə peşmançılığı haqda xəbərdarlıq edib və onu dövlət rəsmiləri üçün həyəcan təbili adlandırıblar.
Fransa qanunlarına əsasən, hər bir seçki məntəqəsində bir namizəd səslərin 50%-ni toplaya bilməzsə, ilk iki namizəd 12,5%-dən çox səs toplayan namizədlərlə birlikdə növbəti turda rəqabət apara bilər.
Fransa parlament seçkiləri bazar günü keçirildi və növbəti seçkilər 18 iyunda keçiriləcək.
Fransa parlamentində 577 deputat mandatlığı vardır.