İtaliyalılar ekologiya nazirlərinin iclasına etiraz etdilər
-
İtaliyalılar ekologiya nazirlərinin iclasına etiraz etdilər
İtaliyada anti-müharibə və ətraf mühiti dəstəkləyən fəallar G-7 adlanan dünyanın 7 sənaye ölkəsinin ekologiya nazirlərinin Bolonya şəhərində iclasına etiraz əlaməti olaraq aksiya keçiriblər.
İRİB-in məlumatına görə, ötən gün ətraf mühitin yüzdən çox tərəfdarı İtaliyanın Bolonya şəhərinin mərkəzi küçələrində aksiya keçirərək qərbin, xüsusilə də ABŞ-ın Yerin istiləşməsi ilə mübarizə sahəsindəki yararsız siyasətlərinə etiraz edib.
Bir qrup etirazçı polis məmurları tərəfindən saxlanılıb.
ABŞ prezidenti Donald Tramp 1 iyunda Paris İqlim Sazişinin maliyyə və iqtisadi sahələrdəki sərt qanunlarını tənqid edərək bildirib: ABŞ iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə təsdiqlənən bu sazişdən çıxır.
Paris Sazişinin tərəfdarları ABŞ prezidentinin bu qərarını beynəlxalq rüsvayçılıq adlandırırlar.
Bolonya iclasında İtaliya, Fransa, Almaniya, İngiltərə, Yaponiya, Kanada və ABŞ-ın ekologiya nazirləri iştirak edir.