Puerto-Riko ştat olmağa səs verdi
https://azeri.sahartv.ir/news/dünya-i272750-puerto_riko_ştat_olmağa_səs_verdi
Puerto-Riko əhalisi bu adanın ABŞ ştatlarından biri olmasının lehinə səs verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 09:31 Asia/Baku
  • Puerto-Riko ştat olmağa səs verdi
    Puerto-Riko ştat olmağa səs verdi

Puerto-Riko əhalisi bu adanın ABŞ ştatlarından biri olmasının lehinə səs verib.

Hill qəzetinin informasiya portalının məlumatına görə, bu referendumda iştirak edənlərin 97% bu ada qrupunun rəsmən ABŞ-ın bir ştatına çevrilməsinə səs verib.

Sadəcə 1,9% iştirakçı Amerika Birləşmiş Ştatlarından müstəqilliyə səs verib. Həmçinin 1,3% də status-kvonun qorunmasına səs veriblər.

Bu referendum nümayəndələrin Vaşinqtona ezam olunması prosesi üçün başlanğıcdır.

ABŞ prezidenti Donald Tramp da seçkiqabağı təbliğat kampaniyasında bildirmişdi ki, Puerto-Rikonun rəsmən bir ştata çevrilməsi ilə razıdır.

İspaniyanın sabiq müstəmləkəsi olan Puerto-Riko XIX əsrin sonlarında ABŞ-ın müstəmləkəsinə çevrildi.

Bu ada 1952-ci ildən böyük siyasi muxtariyyətə malikdir.

Puerto-Rikonun sakinləri ABŞ vətəndaşları kimi Birləşmiş Ştatların ərazisinə sərbəst şəkildə daxil ola bilirlər. Lakin prezident seçkilərində iştirak etmək və ya konqresmen seçmək haqqından məhrumdurlar.