NATO-nun yeni hərbi təchizatı Latviyada
https://azeri.sahartv.ir/news/dünya-i272752-nato_nun_yeni_hərbi_təchizatı_latviyada
Latviya Şimali Atlantik Alyansı NATO_nun yeni hərbi təchizatının bu ölkəyə daxil olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 10:26 Asia/Baku
  • NATO-nun yeni hərbi təchizatı Latviyada
    NATO-nun yeni hərbi təchizatı Latviyada

Latviya Şimali Atlantik Alyansı NATO_nun yeni hərbi təchizatının bu ölkəyə daxil olduğunu bildirib.

RİA-Novostinin məlumatına görə, Latviya Müdafiə Nazirliyi bazar günü bildirib: Leopard tankları, Pizarro zirehli BTR-lər, həmçinin İspaniya ordusu tərəfindən tədarük və dəstək avtomobilləri Latviyanın Riqa limanına çatıblar.

Bu təchizatlar Riqanın yaxınlığında hərbi bazada yerləşdirilməlidir.

Avropanın şimal-şərqində yerləşən Latviya sabiq SSRİ respublikalarındandır. SSRİ-nin dağılmasından sonra Avropa Birliyinə qoşulub və 2004-cü ildən NATO-nun üzvü olub.

Rusiya dəfələrlə NATO-nun sərhədləri yaxınlığındakı iştirakından nigaranlıq edərək onu regionda destabilliyin amili adlandırıb və ölkələr arasında silah yarışının güclənməsinə səbəb olduğunu bildirib.