Rusiya Krımla bağlı qadağanı tənqid etdi
https://azeri.sahartv.ir/news/dünya-i272758-rusiya_krımla_bağlı_qadağanı_tənqid_etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qərb Kütləvi İnformasiya Vasitələrində Krım olaylarının əks etdirilməməsi qadağasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 11:08 Asia/Baku
  • Rusiya Krımla bağlı qadağanı tənqid etdi
    Rusiya Krımla bağlı qadağanı tənqid etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qərb Kütləvi İnformasiya Vasitələrində Krım olaylarının əks etdirilməməsi qadağasını tənqid edib.

RİA-Novostinin məlumatına görə, Rusiya XİN mətbuat katibi Mariya Zaxarova bazar ertəsi günü deyib: Qərb KİV-nin baş redaktorları müxbirlərinin Krıma səfərinin qəsdən qarşısını alırlar. Çünki müxbirlər öz peşə borcunu nəzərə alaraq bu yarımadadakı həqiqi həyatın reallıqları haqda susa bilməzlər.

Zaxarova əlavə edib: Əcnəbi müxbirlər ağıllı və təcrübəli insanlardır və baş redaktorlar onların Krıma səfərinə icazə vermir, üstəlik Rusiya səfər etməyi də qadağan edirlər.

Ukraynada böhranın gərginləşməsi ilə Krım yarımadasının sakinləri 2014-cü ildə referendumda iştirak edərək Ukraynadan ayrılmaq və Rusiyaya birləşməyə səs verdilər.