İyun 14, 2017 19:59 Asia/Baku
  • Çin ABŞ-a reaksiya verib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Əfqanıstanda hərbi kontingentinin artmasına reaksiyada deyib: ABŞ Əfqanıstanın hakimiyyəti və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Çin XİN sözçüsü Lo Kanq bu barədə deyib: ABŞ-ın Əfqanıstandakı hərbi iştirakı region ölkəklərinin təhlükəsizliyinə müsbət təsir göstərməyəcək. Həmçinin hər bir addım Əfqanıstanın ərazi bütövlüyü və hakimiyyətinə hörmətlə yanaşmaqla bu ölkədə sülh prosesinə kömək istiqamətində olmalıdır. 

Çin XİN sözçüsünun açıqlaması ilə yanaşı qeyd edək ki, Ağ Ev Pentaqonun Əfqanıstanda sərbəstliyini artırıb. Belə ki, bu ölkədə qüvvələr artırıla bilər.

Bundan öncə də ABŞ müdafiə naziri Ceyms Matis bir neçə min hərbçinin Əfqanıstana ezam olunmasını istəmişdi. Lakin hələlik bu qərar icra olunmayıb. 

Teqlər