ABŞ-ın İran və Rusiyaya qarşı düşmən mövqeyi
Amerika senatının üzvləri dünən İrana qarşı yeni sanksiyalar layihəsinə Rusiyaya qarşı sanksiyaları da nəzərdə tutan əlavələr ediblər.
İrana qarşı sanksiyalar layihəsinə Rusiyaya qarşı yeni sanksiyaların da əlavə edilməsi ABŞ prezidenti tərəfindən İrana qarşı sanksiya tətbiq olunduqda Rusiyanın da sanksiyaya məruz qalacağına gətirib çıxarır.
İrana qarşı bir tərəfli sanksiyalar yaxın günlərdə ABŞ senatında səsverməyə qoyulacaq. Bu layihə İrana qarşı insan haqlarının pozulması və terrorçu fəaliyyətlər kimi əsassız iddialara sövkənir.
Bu layihəni dəstəkləyənlər yeni sanksiyaların nüvə sazişinə xələl gətirməyəcəyini iddia etmələrinə rəğmən bəzi təhlilçilər onun həmin sazişin pozulmasına zəmin yaratdığını bildirir bu layihənin mənfi nəticələri barədə xəbərdarlıq edirlər.
ABŞ senatının sözü gedən layihəsi qəbul olunarsa nümayəndələr palatası tərəfindən də qəbul edilməlidir və sonda ABŞ prezidenti ona qol çəkməlidir.
Amerika nüvə sazişi əsasında həmin sazişə görə dayandırılmış sanksiyaları yenidən bərpa etməkdən çəkinəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.