Moskvadan ABŞ-a xəbərdarlıq
ABŞ senatında Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinin ardınca Kreml bu hərəkətin nəticələri barədə Vaşinqtona xəbərdarlıq edib.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bu gün müxbirlərə deyib: ABŞ senatorlarının Rusiyaya qarşı bu ölkənin 2016-ci il ABŞ prezident seçkilərinə müdaxilə ittihamı ilə sanksiya tətbiq etmələri qarşılıqlı sanksiyaların gücləndirilməsinə zəmin yaradır ki, bu da Moskvanın seçimi deyil.
Amerikan senatorların yeni qanununa görə ABŞ prezidenti Donald Tramp Moskvaya təzyiqləri azaltmağa qadir olmayacaq.
Bundan əlavə Vaşinqton 2014-cü ildən Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edərək Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları tətbiq etmişdir.
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər üzrə Komissiyasının vitse prezidenti Vladimir Cabbarov dünən Amerikanın anti-rus sanksiyalarına qarşılıqlı olaraq möhkəm cavab verilməsinə çağırıb.