Konqresmənə atəş açılması macərasının təfərrüatı
İyun 15, 2017 19:57 Asia/Baku
Amerika konqresinin nümayəndələr palatasının əksəriyyətdə olan partiyasının rəhbərini güllələyərək yaralayan şəxs təhlükəsizlik qüvvələri tərəfindən yaralandıqdan və xəstəxanaya köçürüldükdən sonra ölüb.
İRNA-nın verdiyi məlumata görə, ABŞ polisi atəş açan şəxsin İllinoys ştatının Belleville şəhərinin sakini James T. Hodgkinson olduğunu bildirib.
Dünən səhər çağı Virciniya ştatında bir beysbol meydanında baş verən bu atışmada ABŞ konqresinin nümayəndələr palatasının üzvü Skalis yaralandı və xəstəxanaya köçürülərək əməliyyat edildi.