ABŞ-da aksiya
-
ABŞ-da aksiya
ABŞ-ın Minnesota ştatının bir polisinə bəraət hökmünə qarşı minlərlə adam etiraz aksiyası keçirib.
Assoşieyted Pressin verdiyi məlumata görə, Minnesota sakinlərindən ibarət minlərlə adam dünən gecə iyunun 6-da qaradərili motosiklet sərnişini Philando Castile-i güllələyərək qətlə yetirmiş polis əməkdaşı Geronimo Yanez-ə bəraət hökmünün verilməsinə qarşı etiraz əlaməti olaraq Ştat parlamenti binası qarşısına toplaşıblar sonra Sent Pol kilsəsinə doğru yürüş keçiriblər.
Bu məlumata görə, yüzlərlə adamdan ibarət olan bir qrup etirazçı da Sent Pol ərazisində əsas magistral yol olan 94 saylı kəsişməni bağlayıb.
Etirazlar dinc şəkildə həyata keçib amma şəhər metrosunun bu istiqamətdən keçən qatarının təxirlə hərəkət etməsinə səbəb olub.
Etirazçılar üzərində " qaraların canının da dəyəri var" kimi şüarlar yazılmış plakatlar daşıyaraq " Əllər yuxarı, atəş açma! " və " Ədalətsiz, sakitlik olmadan, polisi cinayətə cəlb edin!" kimi şüarlar səsləndiriblər.
Sent Poldakı aksiyaçılarin tərkibi çeşidli olub və bəziləri uşaqlarını da aksiyaya gətiriblər.
Statistikalar göstərir ki, Amerikada polis atışmalarının qurbanlarının çoxu qaradərililərdir.