Almaniya müsəlmanları zorakılıq və ifratçılığa qarşı aksiya keçiriblər
-
Almaniya müsəlmanları zorakılıq və ifratçılığa qarşı aksiya keçiriblər
Almaniyanın Köln şəhərinin sakini olan müsəlmanlar şənbə günü bu şəhərdə aksiya keçirərək, hər cür zorakılıq və ifratçılığı pisləyiblər.
IRNA-nın məlumatına görə, bu aksiyada iştirak edənlərin əllərində tutduqları plakatların üzərlərində "Birlikdə terrora qarşı!" və "Nifrət, yeri cəhənnəmə çevirəcəkdir!" şüarları yazılıbmış.
Aksiyanın təşkilatçılarından olan Muhəmməd Tariq bundan öncə demişdi ki, bu aksiyanın keçirilməsində məqsəd, müsəlman icması ilə ifratçılar arasında sərhəd çəkməkdir.
O, belə vurğulamışdı: Müsəlmanlar dünyaya göstərməlidirlər ki, zorakılıq və terror İslamla uyuşmur.
Almaniya dövləti öncədən ifratçılığa qarşı aksiyanın keçirilməsini rəğbətlə qarşılamışdı.
Son aylarda, xüsusən İŞİD-in Avropa ölkələrindəki hücumlarından sonra Qərb ölkələrində islamofobiya fenomeninin yayılması müsəlman icmasının sıxıntı vəziyyətinə düşməsinə səbəb olubdur.