İyun 19, 2017 11:47 Asia/Baku
  • Londonda Ümumdünya Qüds Günü yürüşü
    Londonda Ümumdünya Qüds Günü yürüşü

İngiltərənin paytaxtı Londonda Ümumdünya Qüds Günü yürüşü başlanıb. Yürüşdə çoxlu sayda oruc müsəlman, imamcamaat, vətəndaş cəmiyyətlərinin fəalları, insan haqlarını müdafiə və anti-müharibə qrupları, eləcə də sionist rejimlə müxalif olan yəhudi və xristian fəallar iştirak edirlər.

IRNA-nın məlumatına görə, bu yürüş dünən London vaxtı ilə saat 15:30 dəqiqədə bu şəhərin mərkəzində yerləşən BBC kanalının mərkəzi binasının qarşısından başlanıb və iştirakçılar Vaşinqtonun sionist rejim canilərinə dəstəklər verməsini pisləmək məqsədilə bir neçə kücə və prospekti arxada qoyduqdan sonra ABŞ səfirliyinin önünə toplaşacaqlar.

Aksiyaçılar BBC kanalının mərkəzi binasının qarşısında şüarlar verərək, bu kanalın sionist rejimin cinayətləri qarşısında susmasını kəskin tənqid atəşinə tutublar.

Londonun baş küçələrindən bəzilərinin bağlanması ilə nəticələnən bu yürüşün iştirakçıları Fələstin, Hizbullah və Həmas-ın bayraqlarını, eləcə də Fələstin xalqına dəstək, sionist rejimin pislənilməsi və bu rasist rejimin boykot olunması vacibliyinə təkid edən şüarlar yazılmış plakatlar daşıyırlar.

Ümumdünya Qüds Günü İran İslam Respublikasınn banisi İmam Xomeyni(r.ə)-dən qalan bir yadigardır. Bu gündə bütün dünya müsəlmanları İsrail rejiminin cinayətlərini pisləyərək, məzlum Fələstin xalqına öz dəstəklərini elan edirlər.

Teqlər