Moqerini: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadacaq
İyun 20, 2017 08:31 Asia/Baku
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki, bu birlik onun təbirincə desək, Moskvanın Ukraynanın şərqindəki müxaliflərə dəstək verməsinə görə, Rusiya əleyhinə iqtisadi sanksiyaları uzatmaq niyyətindədir.
IRIB-nin məlumatına görə, Federika Moqerini bazar ertəsi günü gecə Lüksemburqda bildirib ki, Avropa Birliyi Minsk razılaşmalarının tam icrasını istəyir. O, qeyd edib ki, Minsk razılaşmalarının icrasında heç bir real irəliləyiş baş verməyibdir.
Moqerininin sözləri elə bir halda söylənibdir ki, Avropa İttifaqına üzv ölkələr bazar ertəsi günü xüsusən Krım yarımadasına investisiyaları və bu məntəqədən Avropaya idxalatı qadağan edən sanksiyaları daha bir il müddətinə uzatdılar.