İyun 21, 2017 13:56 Asia/Baku
  • Fələstin İntifazəsini Himayə Konfransının daimi katibliyi Qüds günü yürüşlərində iştiraka təkid etdi

Fələstin İntifazəsini Himayə Konfransının daimi katibliyi bildirib: Xalq Qüds günü yürüşlərində iştirak etməklə bəzi Ərəb ölkələri başçılarının sionist rejim ilə əlaqələrin normallaşdırılması üzrə səylərini zərərsizləşdirmiş olacaq.

İRNA-nın məlumatına görə, Fələstin İntifazəsini Himayə üzrə Beynəlxalq Konfransın daimi kabitliyi bir bəyanat yayaraq, İran və digər ölkə xalqlarından habelə, Fələstin xalqının himayədarlarından Ümumdünya Qüds Günü yürüşlərində iştirak etmələrini istəyib.

Bu bəyanatda deyilir: İran İslam İnqilabının İmam Xomeyninin(rə) rəhbərliyi ilə qələbə çalmasının ardınca Fələstinin məzlum xalqını himayə üzrə yeni bir dövr başlanmış oldu və fələstinli mübarizlər regional və beynəlxalq səviyyədə mənəvi, siyasi və ictimai dəstəklər almağa başladılar.

Bəyanatda həmçinin deyilir: Ümumdünya Qüds Günü dünya müsəlmanlarının Qüds günündə ümidverici bir addım atmaları üçün münasib fürsət sayılır. Müsəlmanlar bu gündə uca səslə Fələstin xalqına elan etməlidirlər ki, həzrət ayətullahülüzma Xameneiyə itaət edərək, Fələstin və Qüdsün tam azad ediləcəyi zamana kimi Fələstin xalqının kənarında olacaq.

Mübarək Ramazan ayının son cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü adlandırıldı ki, müsəlmanlar irqçi sionist rejimin siyasətlərinə qarşı öz nifrəti və qəzəbini bəyan edə bilsin.

Teqlər