İyun 21, 2017 22:02 Asia/Baku
  • ABŞ və Rusiya qırıcıları Baltik dənizi üzərində qarşı-qarşıya gəldilər
    ABŞ və Rusiya qırıcıları Baltik dənizi üzərində qarşı-qarşıya gəldilər

Rusiya qırıcısı NATO-nun qırıcı təyyarəsini təqib edərək, onu Rusiya müdafiə nazirinin təyyarəsindən uzaqlaşdırıb.

TASS informasiya agentliyinin verdiyi məlumata görə, NATO-nın qırıcı təyyarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd göstərib.

Bu məlumata görə, Sergey Şoyqunun təyyarəsini müşayiət edən Rusiyanın Su-27 qırıcı təyyarəsi dərhal NATO-nun F-16 qırıcı təyyarəsini təqib edərək, onu uzaqlaşmağa məcbur edib. 

Moskva və Vaşinqton arasında gərginlik Amerikanın Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməsi ilə daha da gərginləşib. 

Teqlər