90 əcnəbi terrorçu Filipinin cənubunda
-
90 əcnəbi terrorçu Filipinin Cənubunda
Filipinin Milli Polisinin kəşfiyyatı bir hesabat yayaraq bu ölkənin Mindanau adasının müxtəlif bölgələrində o sıradan Moravi şəhərində 90 əcnəbi terrorçunun fəaliyyətindən xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, Filipin polisinin hesabatı göstərir ki, yerli terrorçulardan əlavə əcnəbi terrorçular arasında 28 indoneziyalı, 26 pakistanlı, 21 malayziyalı, 4 ərəb, 3 banqladeşli, 1 hindu-sinqapurlu və bir nəfər də sinqapurlu var. Digər 5 terrorçunun isə hansı ölkə vətəndaşı olduğu hələ müəyyənləşdirilməyib.
Öncə də Filippin ordusu Moravi şəhərində Malayziiya, İndoneziya, Səudiyyə Ərəbistanı, Çeçenistan və bir neçə başqa ölkə vətəndaşı olan bir neçə terrorçunu məhv etdiyini bildirmişdi.
Təkfirçi İŞİD qrupu bir neçə ay öncə Asiyanın cənub şərq bölgəsində öz himayədarlarını Filipinin cənubuna getməyə və Maute və Əbu-Səyaf adlı terrorçu qruplara qoşulmağa çağırmışdır.