Rumıniyada İŞİD-in izi
https://azeri.sahartv.ir/news/dünya-i274676-rumıniyada_İŞİd_in_izi
Rumıniya rəsmiləri İŞİD terror qruplaşması üçün məlumat toplamaq ittihamı ilə bu ölkə vətəndaşının saxlanıldığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 16:30 Asia/Baku
  • Rumıniyada İŞİD-in izi
    Rumıniyada İŞİD-in izi

Rumıniya rəsmiləri İŞİD terror qruplaşması üçün məlumat toplamaq ittihamı ilə bu ölkə vətəndaşının saxlanıldığını bildiriblər.

Fransa İnformasiya Agentliyinin verdiyi məlumata görə, Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə Prokurorluğu bir bəyanatda bildirib: Şənbə günü saxlanılan 39 yaşlı vətəndaş 2015-ci ilin ortalarında Rumıniya ərazisində bir hərbi obyekt, onun giriş-çıxış y olları haqda məlumat toplamaqda ittiham olunur. 

Rumıniya Prokurorluğunun bildirdiyinə görə, saxlanılan şəxs topladığı məlumatı Avropa ölkələrindən birində radikal qrupa vermək istəyib. Bu qrup Parisdə 2015-ci il 13 noyabr terror aktı ilə əlaqədə olub.