İyun 30, 2017 12:32 Asia/Baku
  • Medvedevin AB-nin anti-rus sanksiyalarına reaksiyası

Rusiyanın baş naziri bildirib ki, Moskva Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarının uzadılmasına cavab verəcəkdir.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev dünən bu ölkənin nazirlər kabinetinin iclasında deyib: Milli maraqları müdafiə və Rusiyanın iqtisadi sektorlarını himayə etmək üçün Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına cavabda qarşılıqlı tədbirlər görüləcək.

Medvedev əlavə edib: Rusiya prezidenti Vladimir Putin təklif edibdir ki, Avropa Birliyinə qarşı sanksiyalar 2018-ci il dekabrın 31-dək uzadılsın.

Amerika və Avropa Birliyi Ukrayna hadisələrindən və Krımın Rusiyaya əlavə olunmasından sonra bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər ki, çərşənbə günü, iyunun 28-də müddəti 2017-ci ilin iyulunda bitən bu sanksiyaları daha altı ay müddətinə uzadıbdır.

Moskva da 2014-cü ilin avqustundan ərzaq məhsullarının idxalı ilə bağlı Avropa Birliyinə qarşı qarşılıqlı sanksiyalar tətbiq edibdir.

 

Teqlər