İyun 30, 2017 12:53 Asia/Baku
  • Cermi Korbin Ali-Səuda silah satışının dayandırılmasını istəyib

İngiltərənin Leyboristlər Partiyasının rəhbəri bir daha Ali-Səud rejiminə silah satışının dayandırılmasını istəyib.

IRIB-nin məlumatına görə, İngiltərənin Leyboristlər Partiyasının rəhbəri Cermi Korbin deyib: Biz daim Ərəbistanın Yəməndə silah işlətməsini pisləmiş və Ali-Səud rejiminə silah satışının dayandırılmasını istəmişik.

İngiltərədə ən mühüm müxalif partiyanın rəhbəri əlavə edib: Leyboristlər Partiyası açıq şəkildə Yəmənə təcavüz ilə müxalifətini bildirib və bu ölkədə sülhün bərqərarını istəyir.

Bundan öncə də Beynəlxalq Amnistiya Təşkilatı İngiltərə tərəfindən Yəmənə qarşı koalisiyaya silahın təhvil verilməsinə toxunaraq, bu ölkənin hərəkətini pisləmişdi.

Teqlər