Kanzas universitetlərində silah gəzdirmək olar
İyul 01, 2017 09:01 Asia/Baku
Amerikanın Kanzas ştatının universitetlərində müəllim və tələbələrin silah gəzdirmələri icraya qoyulub.
Röyters-in məlumatına görə, gizli silahın daşınması qanunu dörd il bundan öncə Amerikada bütün dövlət binaları üçün qəbul olunmuşdu, amma Kanzas ştatının ali təhsil müəssisələri bu qanundan müstəsna idilər.
Rəsmi məlumatlara görə, Amerikada təqribən 270-300 milyon odlu silah mövcuddur; yəni bu ölkədə adambaşına təqribən bir silah düşür.