İyul 06, 2017 19:39 Asia/Baku
  • Hamburqda G20 əleyhinə etiraz aksiyası
    Hamburqda G20 əleyhinə etiraz aksiyası

OKSFAM xeyriyyə qrupunun tərəfdarları Almaniyanın Hamburq şəhərində G20 iclası ərəfəsində etiraz aksiyası keçiriblər.

İRİB-nin verdiyi məlumata görə, OKSFAM xeyriyyə qrupunun fəalları cümə axşamı Hamburqda piket təşkil edərək, yoxsulluq və aclıq ilə mübarizənin aparılmasını istəyiblər.

OKSFAM beynəlxalq humanitar yardım qrupladından olaraq, yoxsulluq ilə mübarizə sahəsində fəaliyyət göstərir.

G20 qrupuna üzv ölkələrin 2 günlük iclası sabah Almaniyanın Hamburq şəhərində işə başlayacaq.

Almaniya polisi G20 iclasının təhlükəsizliyini təmin etmək üçün 20 min polis əməkdaşı, 28 helikopter və 185 təlim keçmiş polis itinin cəlb olunmasından xəbər verib.

G20 qrupu dünyanın ümumi istehsalının 75%-ni özünə aid edir.

Teqlər