ABŞ-ın Rəqqəyə olan hava hücumlarında 224 sivil həyatını itirib
https://azeri.sahartv.ir/news/dünya-i275462-abŞ_ın_rəqqəyə_olan_hava_hücumlarında_224_sivil_həyatını_itirib
Suriyada ABŞ-ın himayəsi altında olan kürd yaraqlılarının Rəqqə şəhərinə hücuma başladığı gündən bəri Amerika ordusu bu şəhərə havadan zərbələr endirməklə 224 mülkinin həyatını itirməsinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2017 06:27 Asia/Baku
  • ABŞ-ın Rəqqəyə olan hava hücumlarında 224 sivil həyatını itirib
    ABŞ-ın Rəqqəyə olan hava hücumlarında 224 sivil həyatını itirib

Suriyada ABŞ-ın himayəsi altında olan kürd yaraqlılarının Rəqqə şəhərinə hücuma başladığı gündən bəri Amerika ordusu bu şəhərə havadan zərbələr endirməklə 224 mülkinin həyatını itirməsinə səbəb olub.

İRNA-nın məlumatına görə, Suriya İnsan Haqları Nəzarətçisi təşkilatının sədri Rami Əbdürrəhman deyib: Həlak olanlar arasında 38 uşaq və 28 qadın var. 

Bundan öncə də bəzi mənbələr ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın müxtəlif məntəqələrinə olan hücumlarında yüzlərlə mülkinin həlak olmasından xəbər vermişdilər. 

Bu hücumlar davamlı olaraq Suriya ordusu və insan haqları müdafiəçilərinin etirazlarına səbəb olub.