İyul 08, 2017 09:06 Asia/Baku
  • BMT-də Nüvə Silahlarının Qadağası Sazişi təsdiqləndi
    BMT-də Nüvə Silahlarının Qadağası Sazişi təsdiqləndi

BMT ABŞ və sionist rejimin qarşı çıxmasına baxmayaraq nüvə silahlarının qadağası üzrə beynəlxalq sazişi təsdiqləyib.

İRİB-in məlumatına görə, bu saziş cümə günü İran İslam Respublikası da daxil olmaqla 122 lehinə, bir əleyhinə və bir bitərəf səslə qəbul olunub. Saziş tərəfdarlarının sözlərinə görə, bu tarixi bir səsvermə olub. Səsvermə BMT-nin Nyu-Yorkdakı ofisində təşkil olunub. 

Sionist rejim və ABŞ kimi nüvə silahları təchiz olunmuş bütün ölkələr bu səsverməni boykot ediblər. 

Nüvə Silahlarının Qadağası Sazişi zəruri beynəlxalq anlaşmadır. Bu saziş nüvə silahlarının istehsalı, ehtiyatda saxlanılması və ya ondan istifadə ilə təhdidi qadağan edir. 

Nüvə Silahlarının Qadağası Sazişinə əsasən, atom silahına malik və bu sazişə üzv olan ölkə bütün nüvə cəbbəxanaları və onunla əlaqədar obyektləri müəyyən bir müddət ərzində məhv etməlidir. 

BMT-yə üzv ölkələrin nümayəndələri 20 sentyabrda Baş Assambleyanın illik sessiyasında onu imzalayacaqlar. 

Bu yeni sazişin təsdiqlənməsi çox önəmli beynəlxalq dəyişiklik hesab olunur. Çünki bu saziş atom silahı olanan ölkələrin əksəriyyətinin son yarım əsrdə böyük nüvə qüdrətlərinin öz nüvə silahları və mənafeyini qorumaq məqsədilə dünya səviyyəsində tətbiq etdikləri hərəkətlərə yox deməsi istiqamətində prosesin nəticəsidir. Belə ki, onlar nüvə silahlarına sahib olmaq və ondan istifadənin qadağan edilməsi haqda təşəbbüsü ələ almışlar. 

Teqlər