İyul 09, 2017 20:17 Asia/Baku
  • G20 sammiti başa çatdı, yüzlərlə müxalif həbs edildi
    G20 sammiti başa çatdı, yüzlərlə müxalif həbs edildi

Almaniyanın Hamburq şəhərində keçirilən G20 ölkələri sammiti ilə müxalif olanların etiraz aksiyaları zamanı Almaniya polisi yüzlərlə nəfəri həbs edib.

ABŞ ilə heç bir anlaşmaya malik olmadığımızı elan etməkdən qorxmuruq. Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G20 sammitinin sonunda Amerika ilə ixtilafların son dərəcə dərin olduğunu bildirib. G20 qrupunun 2 günlük sammiti 19 üzv ölkənin iqlim dəyişiklikləri üzrə Paris anlaşması qarşısındakı öhdəliyinə təkid edən müştərək bəyanat ilə başa çatıb.

 

Qalmaqallı Hamburq səfəri də başa çatdı. Getdiyi hər bir  yerdə qalmaqal yaradan ABŞ prezidenti Donald Tramp bu dəfə də Hamburqda, G20 sammitində çaxnaşmaya səbəb olmuşdu. İclasın yekun bəyanatında 19 üzv ölkə iqlim dəyişikliyi üzrə Paris anlaşması qarşısındakı öhdəliklərə təkid etsələr də, Tramp bu məsələ ilə razılaşmayıb.   O, G20 qrupunun Hamburq sammitinin yekun bəyanatını imzalamayan yeganə dövlət başçısı olaraq, jurnalistlərin qarşısına çıxmaqdan da boyun qaçırdıb. Trampın bu şıltaqlığı hətta, G20 sammitinə ev sahibliyi edən Almaniyanın da səbr kasasını daşırmış oldu.

 

Angela Merkel – Almaniya kansleri:

İxtilafların olduğu yerdə birgə səylər həmişə yetərsiz olur və bunu gizlətmək qeyri mümkündür. Biz Amerika ilə Paris anlaşması üzərində aşkar fikir ayrılığna malikik. Təəssüflər olsun ki, bu xüsusda heç bir ortaq fikrə malik olmadığımız anlaşıldı və biz bunu tam aydın formada bəyan edirik.

 

Fransızlar da Amerikanın iki il öncə Parisdə istixana qazlarının azaldılması üzrə imzalanmış anlaşmadan çıxmaq istədiyini gördükdə, bunu yanlış addım olaraq dəyərləndirdilər. Amerika Paris anlaşmasını imzalayan 195 ölkə arasında bu anlaşmanı tərk etmək istəyən  yeganə ölkədir.

 

Emanuel Makron – Fransa prezidenti:

Amerika Paris anlaşmasına əməl etməyəcəyini bildirir. Bu ölkənin Paris anlaşmasından çıxması yanlış addımdır. Ümidvaram digər ölkələr ABŞ-ın yolunu getməsinlər. Biz ölkələrin bu anlaşmaya bağlı qalmalarından razıyıq.

 

G20 sammitinin ümumi iclası ilə yanaşı, Tramp və komandası köməkçi iclaslarda da qalmaqal yaratmadan dura bilmədilər. Belə ki, köməkçi iclaslardan birində, Trampın yerinə qızı İvanka iştirak edərək, ABŞ prezidenti üçün ayrılmış kürsüdə əyləşdi. Hər bir ölkə ilə münasibətlərdəki problemlər Tramp üçün qalmaqalsız ötüşmürdü. İkitərəfli görüşləri, xüsusi ilə də Rusiyalı həmkarı Vladimir Putin ilə görüşü xüsusi diqqət mərkəzində idi. Çünki, Tramp davamlı olaraq Rusiyanı Amerika seçkilərinə müdaxilədə ittiham edirdi.

 

Vladimir Putin – Rusiya prezidenti:

Mən ABŞ prezidenti ilə görüşdə bir daha bildirdik ki, Rusiyanın Amerikada keçirilən seçkilərə müdaxilə etməsinə heç bir səbəb yoxdur. O, bu xüsusda bir çox sual soruşdu və mən də bacardığım qədər onun suallarını cavablandırdım. Belə düşünürəm ki, Tramp mənim dediklərimlə razılaşdı. Amma, hər halda bu danışıqlar barədə nə düşündüyünü onun özündən soruşmaq lazımdır.

 

Cari milad ilinin əvvəlindən Amerikada iqtidara gələn Tramp öz çılğın rəftarları ilə həm ölkə daxilində həm də beynəlxalq səviyyədə bir sıra problemlərə səbəb olub. Ölkə daxilində Trampın rəftarları bir sıra sosial problemlərə və media ilə qarşıdurmaya səbəb olub. Xarici siyasətdə isə Meksika ilə sərhədləri beton divar ilə bağlamaq istəməsi və Rusiya əleyhinə ittihamları, ikitərəfli əlaqələrə ciddi zərbə vurub.

 

Teqlər