İran və Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi dalana dirənib
https://azeri.sahartv.ir/news/dünya-i275942-İran_və_rusiya_əleyhinə_yeni_sanksiyaların_tətbiq_edilməsi_dalana_dirənib
Ağ Ev ABŞ-ın İran və Rusiya əleyhinə yeni saknsiyalar paketi bu ölkə prezidentinin səlahiyyətlərini hədsiz dərəcədə məhdudlaşdırır və bu qəbul edilməzdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2017 09:58 Asia/Baku
  • İran və Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi dalana dirənib

Ağ Ev ABŞ-ın İran və Rusiya əleyhinə yeni saknsiyalar paketi bu ölkə prezidentinin səlahiyyətlərini hədsiz dərəcədə məhdudlaşdırır və bu qəbul edilməzdir.

APTN-nin verdiyi məlumata görə, Ağ Evin ABŞ Konqresi və Qanunvericilik orqanı üzrə məsul şəxsi Mark Şort jurnalistlərə verdiyi açıqamada deyib: ABŞ hökuməti İran və Rusiya əleyhinə yeni sanksiyaları himayə edir. Amma, sanksiya layihəsinin Konqresə Rusiya əleyhinə sanksiyaların tətbiq edilməsində daha artıq səlahiyyət verən hissəsi ilə müxalifdir. 

ABŞ-ın İran və Rusiya əleyhinə yeni sanksiyaları layihəsi təqribən bir ay öncə Rusiyanın Amerikada keçirilən 2016-cı il prezident seçkilərinin gedişinə müdaxilə etməsi barədə səsləndirilən iddiaların ardınca ABŞ Senatında təsdiq edildi. Amma, ABŞ-ın nümayəndələr məclisi hələ də bu layihə ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu tapa bilmir.