Ermənistanda KTMT-nin çevik qüvvələrinin təlimləri başlanıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çevik qüvvələrinin hərbi təlimləri Ermənistanın ev sahibliyi ilə və xüsusi əməliyyat vasitələri və qüvvələrin idarə olunması metodlarının yaxşılaşdırılması məqsədilə başlanıb və 3 gün davam edəcək.
Fars xəbər agentliyinin məlumatına görə, KTMT-yə üzv ölkələrin Daxili İşlər Nazirliklərinin çevik qüvvələrinin hərbi təlimlər keçirməkdə məqsədi qüvvələrin idarə olunması metodlarının yaxşılaşdırılması, KTMT-yə üzv ölkələrin çevik qüvvələri tərəfindən xüsusi əməliyyatların keçirilməsi elan olunub.
Bu hərbi təlimlərdə Ermənistan, Belarus, Qırğızıstan, Rusiya çevik qüvvələri, həmçinin Qazaxıstan milli qvardiyası və Rusiya milli qvardiyası qüvvələri iştirak edir.
Qeyd olunan təlimlər müştərək əməliyyat proqramlarının inkişaf etdirilməsi, hərbi bölmələr və sistemlərin yoxlanılması çərçivəsində Ermənistan polis təlimləri bazasında keçirilir.